Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

Hazırda oxunan: Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

586441

“Ölkəmizdə aqrar sahədə ciddi kadr çatışmazlığı mövcuddur. Xarici mütəxəssislərin cəlb edilməsinin əsas səbəbi də məhz budur. Bunun da səbəbi uzun illər ərzində aqrar sahəyə təhsil almağa marağın aşağı olması və mövcud kadrların yaşlanmasıdır. Yaşlanan kadrların sistemdən çıxması ilə boşluq yaranmasına səbəb olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda bu gün keçirilən ictimai dinləmədə deyib.

O həmçinin bildirib ki, minalardan təmizlənməsinə əmin olunmayan ərazilərdə istər kənd təsərrüfatı, istərsə də digər fəaliyyətlərin aparılması yolverilməzdir:

"İşğaldan azad olunmuş rayonlara köç edən kənd sakinlərinə torpaq sahələri verilməzdən əvvəl mütləq təlimlər keçirilir. Bu təlimlər təxminən bir ay davam edir və ANAMA ilə birgə hazırlanmış model əsasında mina təhlükəsi olan ərazilərdə davranış qaydalarını əhatə edir. Bu təlimlər həm əkin-biçinlə məşğul olanlara, həm də heyvandarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə keçirilir. Vətəndaşlarımızın mina təhlükəsi barədə məlumatlandırılması bizim üçün prioritetdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin