Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ: İmtаhаn keçiriləcək

Hazırda oxunan: Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ: İmtаhаn keçiriləcək

586417

Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə 2025-ci il dekabrın 21-də vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçirəcək.

Bizim.Media xəbər verir ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilirlər.

İmtahan iştirakçısının “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

İmtahan Bakı şəhərində 10 binada təşkil olunacaq və saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn iştirakçılar imtahana buraxılmır.

Namizədlər imtahana gәlәrkәn aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsi;

- imtahana buraxılış vәrәqәsi.

Tәlәb olunan sәnәdlәrdәn hәr hansı biri olmadıqda vә ya sәnәdlәr arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
 

İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.


İmtahanda iştirak etmək üçün 2518 nəfər qeydiyyatdan keçib. İmtahan 3 sааt dаvаm еdəcək. İmtahanda namizədin seçdiyi istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunur. Hәr bir sualın düzgün cavabı 1 (bir) balla qiymәtlәndirilir (cәmi 100 mümkün bal) vә nәticәlәr hesablandıqda sәhv cavablar düz cavabların nәticәsinә tәsir göstәrmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin