İsti su ilə çimənlərə pis xəbər

Hazırda oxunan: İsti su ilə çimənlərə pis xəbər

586415

Dəri həkimi duşda düzgün yuyunma qaydasını açıqlayıb.

Bizim.Media xəbər verir ki, dəri həkimi Nikoll Negbenebor bildirib ki, insanların əksəriyyəti duşda səhv üsullarla yuyunurlar.

Onun sözlərinə görə, duşda əsas məqam suyun düzgün temperaturudur. İsti duş dərinin qoruyucu təbəqəsini poza və dərini quru və həssas edə bilər.

Həkim həmçinin antibakterial sabunlardan və ətirli vasitələrdən uzaq durmağı tövsiyə edib. Sosial şəbəkələrdə populyar olan, əvvəl yağ əsaslı, sonra su əsaslı təmizləyici istifadə etmək üsulunu isə artıq hesab edir. Bunun əvəzinə sadə duş geli istifadə etmək və sonra dərini yağ ilə nəmləndirmək tövsiyə olunur.
 

Negbenebor əlavə edib ki, skrab və ölü dəri hüceyrələrini təmizləyən vasitələrdən ehtiyatla istifadə edilməlidir.

 

Əgər dəri quru, gərilmiş və qabıqlanmış vəziyyətə gəlirsə, bir müddət bu vasitələrdən imtina etmək və ya daha yumşaq, süd və ya qlikol turşusu əsasında hazırlanan peelinglərdən istifadə etmək məsləhətdir. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin