Kürdəmirdə DƏHŞƏT: Qatarın üzərindən keçmək istəyən məktəblini “tok” vurdu

Hazırda oxunan: Kürdəmirdə DƏHŞƏT: Qatarın üzərindən keçmək istəyən məktəblini “tok” vurdu

586404

Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, 9-cu sinif şagirdi, 2015-ci il təvəllüdlü rayon sakini Səfərli Sərvət Nazim oğlu dəmir yolunda dayanmış qatarın üzərindən keçmək istəyərkən onu yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğın baş verib.


Ağır bədən xəsarəti alan məktəblini ətrafındakı dostları kömək edərək kənara çəkə biliblər və məktəbli dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər vəziyyəti ağır olan məktəbliyə dərhal ilkin tibbi yardım göstəriblər. Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin