Elektron siqaretlərlə bağlı TƏKLİF – Qadağanın qüvvəyə mindiyi tarix ertələnə bilər

Hazırda oxunan: Elektron siqaretlərlə bağlı TƏKLİF – Qadağanın qüvvəyə mindiyi tarix ertələnə bilər

586401

Elektron siqaretlərin qadağan olunması haqqında qanunun fevralın biri yox, aprelin birindən qüvvəyə minməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxış edib.

“Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyatı qurumlar tərəfindən hər cür dəstək verilməsini də vacib hesab edirik”, - deyə o qeyd edib.

Deputat həmçinin bildirib ki, elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər:

"Bu tədbirlər ardıcıl və paralel olaraq sistemli maarifləndirmə işləri ilə müşayiət edilməli və tamamlanmalıdır. Eyni zamanda qanunun səmərəli icrasını təmin etmək üçün effektiv institusional mexanizm yaradılmalı, icraçı qurumların səlahiyyət və məsuliyyətləri dəqiq müəyyənləşdirilməlidir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin