Binəqədi rayonunda yerləşən 179 saylı məktəbin qarşısındakı avtomobil yolunda piyadalar üçün təhlükəli vəziyyətin olduğunu xəbər vermişdik.
Qeyd olunan ünvanda məktəblilərin təhlükəsizliyi üçün piyada keçidinin və təhlükəsizlik nişanlarının olmadığını, eləcə də işıqforun nasaz olduğunu bildirmişdik.
MÖVZU İLƏ BAĞLI:
BNA yenə vədinə ƏMƏL ETMƏDİ - 3 məktəblinin öldüyü yola piyada keçidi niyə SALINMIR? - VİDEO
Bakı Nəqliyyat Agentliyi problemin ard-arda iki dəfə Bizim.Media-da ictimailəşməsindən sonra, yəni bu gün ərazidə müvafiq işlərə başlayıb.
Qurum əməkdaşları 179 saylı məktəbin qarşısında piyadaların təhlükəsiz hərəkəti üçün piyada zolağı çəkiblər.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq BNA sözçüsü Mais Ağayev bildirib və ərazidəki yeniliklə bağlı görüntülər təqdim edib.
Alçina Amilqızı, Bizim.Media