Osman Xaliyev yeni vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Osman Xaliyev yeni vəzifəyə TƏYİN EDİLDİ

586359

“Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin idarə heyətinin sədrinə müavin təyin olunub.

Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, bu vəzifə, Osman Xaliyevə həvalə edilib.

O.Xaliyev bundan öncə Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri olub.

Qeyd edək ki, Biznesin İnkişafı Fondu 2021-ci ildə "Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs olaraq yaradılıb.
 

Bu ilin dekabr ayında Prezident İlham Əliyevin Fərmanı ilə publik hüquqi şəxs “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-ə çevrilmə yolu ilə yenidən təşkil edilib.


Fondun idarə heyətinin sədri Ülvi Mansurovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin