Bakıda təmir zamanı tarixi binaya vurulan zərər aradan qaldırılır – FOTO

Hazırda oxunan: Bakıda təmir zamanı tarixi binaya vurulan zərər aradan qaldırılır – FOTO

586350

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılır.

Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
 

Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, “VEST PARK” MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanmışdı.


Lakin təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə yeni metal kirəmit tipli konstruksiya quraşdırılmışdı. Həmçinin damda yerləşən tüstü və havalandırma bacaları qapadılmış, quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaratmışdı.

Sözügedən nöqsanlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri dayandırılmış, şirkət barəsində inzibati tədbirlər görülmüşdü.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin