Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi - FOTO

586320

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
 

İclasın gündəliyi təsdiqləndikdən sonra Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib.


Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb.

Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal  əldə ediblər. Milli yığma komandanın üzvü Nigar Nəsirova 2025-ci il Dünya çempionatında  50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.

Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.
 

Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib. İsmət Əliyev, Zemfira Meftaxetdinova, Tofiq Bəylərov vitse-prezident, Tamerlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yeni seçilən heyətə uğurlar arzulayıb.

Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin