Gündə 1 və ya 2 dəfə yemək sağlamlıq üçün tövsiyyə edilmir.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı diyetoloq, qastroenteroloq və endokrinoloq Viktoriya Gonçar deyib.
Onun sözlərinə görə gün ərzində üç yeməyi atlamaq metabolizmin pozulmasına, hormon balansının pozulmasına və qida çatışmazlığına səbəb ola bilər. Xüsusilə intervallı aclıq pəhrizi tətbiq edənlər və iş qrafiki sıx olanlar üçün bu vacibdir.
Həkim izah edib ki, insan gündə yalnız bir-iki dəfə yemək yeyəndə bədəni tədricən stress vəziyyətinə girir və qoruyucu mexanizm kimi metabolizmi yavaşladır. Kalorilər daha çox "ehtiyat üçün" saxlanılır və bu, gələcəkdə artıq çəkidə artıma səbəb ola bilər.
Uzun fasilələr həmçinin psixoemosional vəziyyətə mənfi təsir göstərir. Qan şəkərinin sürətli düşməsi səbəbindən insan tez yorulur, əsəbiləşir, konsentrasiya və məhsuldarlıq azalır.
Viktoriya Gonçar bildirib ki, optimal fasilə 3-5 saatdır, yuxu zamanı fasilələr istisna olmaqla. Bu, qan şəkərinin stabilliyini qoruyur və aclıq hissini nəzarətdə saxlayır. Daha uzun fasilələr isə çox yemək riskini artırır və psixoloji səbəblərlə böyük porsiyalar seçilməsinə səbəb ola bilər.
Həkim əlavə edib ki, yalnız iki dəfə yemək vasitəsilə bədənin ehtiyacı olan zülal, yağ, karbohidrat, vitamin və mineralları tam təmin etmək çətin ola bilər. (milli.az)
Bizim.Media






























































































