Oktyabrın 24-dən fəaliyyəti dayandırılan Bərdə Mal Bazarı bu gündən yenidən fəaliyyətə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - FOTO
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkənin ən iri heyvan bazarlarından olan bazar Bərdə də daxil olmaqla, 14 rayondan olan fermerlərə iribuynuzlu və xırdabuynuzlu heyvanların alqı-satqısı üçün xidmət göstərəcək.
Bazarın rəhbəri Zülfü Tağıyev bildirib ki, müasir tələblərə uyğun yenidən qurulan ərazidə 1800 baş iribuynuzlu, 2600 baş xırdabuynuzlu heyvan üçün şərait yaradılıb, girişdə dezbaryerlər quraşdırılıb, şübhəli heyvanlar üçün izolyator sahə ayrılıb.
Qeyd edək ki, bazarın fəaliyyəti ötən il oktyabrın 24-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının apardığı monitorinq zamanı aşkarlanan nöqsanlara görə dayandırılmışdı.




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.






























































































