Qusarın Cibir sakinləri kəndin problemlərini dilə gətirdilər - FOTO

Hazırda oxunan: Qusarın Cibir sakinləri kəndin problemlərini dilə gətirdilər - FOTO

586271

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Cibir kəndində baş tutub.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səyyar qəbulda, həmçinin, RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Cibir kəndində yerləşən şəhidlərin xatirə lövhəsi ziyarət edilib.

Xatirə lövhəsinin önünə gül dəstələri düzülərək, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
 

Səyyar qəbul zamanı Cibir kənd sakinləri tərəfindən bir sıra aktual məsələlər ilə bağlı müraciətlər səsləndirilib. Belə ki, kənddə məktəbəqədər təhsilə əlçatanlığın təmin edilməsi məqsədilə uşaq bağçasının tikilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəkləri və xətlərinin yenilənməsi, məktəbə artezian quyusunun quraşdırılması, fərdi yaşayış evinə işıq xətlərinin çəkilməsi, işlə təminat və digər məsələlər müzakirə edilib.


Qəbul zamanı həmçinin kəndin küçələrinə və məktəbin sinif otaqlarına Cibir kəndindən olan şəhidlərimizin adlarının verilməsi ilə bağlı təkliflər səsləndirilib.

Sonda rayon icra hakimiyyətinin başçısı Cibir kəndindən olan şəhidlərin ailə üzvlərinə şəhid övladlarının fotoşəkilləri həkk olunmuş döş nişanları təqdim edib.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin