Bədəndə dəmir çatışmazlığı olarsa nə baş verər?

Hazırda oxunan: Bədəndə dəmir çatışmazlığı olarsa nə baş verər?

586258

Bədəndə dəmir səviyyəsinin azalması dəmir çatışmazlığına və anemiyaya səbəb olur. Bu hal əsasən halsızlıq, tez yorulma və diqqət pozğunluğu ilə özünü göstərir.

Bizim.Media xəbər verir ki, dəmir hemoglobinin əsas tərkib hissəsi olduğundan, onun azlığı toxumalara oksigen daşınmasını zəiflədir. Nəticədə solğun dəri, başgicəllənmə, nəfəs darlığı və ürək döyüntüsünün artması müşahidə oluna bilər. Uzunmüddətli dəmir çatışmazlığı isə ürək problemləri, hamiləlikdə fəsadlar və uşaqlarda inkişaf geriliyi riskini artırır.

Mütəxəssislər dəmir çatışmazlığının müalicəsində dəmirlə zəngin qidaların (qırmızı ət, balıq, yaşıl yarpaqlı tərəvəzlər) qəbulunu, C vitamini ilə birlikdə qidalanmanı və zərurət olduqda həkim nəzarəti altında dəmir preparatlarının istifadəsini tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin