Ağdamda minaya düşən şəxsin SON DURUMU

Hazırda oxunan: Ağdamda minaya düşən şəxsin SON DURUMU

586255

Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. Hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov traktorla çalışarkən minaya düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü


Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub:

17.12.2025-ci il tarixində saat 22:40 radələrində 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30 radələrində Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin