Əli Əliyev apelyasiya şikayəti VERDİ – Məhkəmə bu tarixdə KEÇİRİLƏCƏK

Hazırda oxunan: Əli Əliyev apelyasiya şikayəti VERDİ – Məhkəmə bu tarixdə KEÇİRİLƏCƏK

58625

Bir aya yaxındır Kürdəxanı təcridxanasında həbsdə saxlanılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev apelyasiya şikayəti verib.

Bu barədə Bizim.Media-ya vəkili Cavad Cavadov məlumat verib. Vəkilin sözlərinə görə fevralın 11-i saat 14:30-da hakim Habil Əliyevin sədrliyi ilə ilə Apelyasiya Məhkəməsində ilkin baxış iclası keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Əliyev HƏBS EDİLDİ


Cavad Cavadov Əli Əliyevin saxlanma şəraiti və səhhətinə də toxunub:

“Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Dərmanları vaxtında çatdırılmayıb deyə səhhətində narahatlıq yaranıb. Bilirsiz ki, Əli Əliyev hipertaniya xəstəsidir. Yəni qan təzyiqi oynayır. Hipertaniya sağalmayan xəstəlikdir. Sadəcə olaraq o, nəzarət altında olmalıdır. Özü həkimdir və buna riayət edir. Dərmanlarını çatdırsalar, problem olmayacaq”.

Xatırladaq ki, yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. Hökmə əsasən, Ə. Əliyevə 5 ay həbs cəzası verilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin