AQTA-dan Yeni il hədiyyə qutuları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

Hazırda oxunan: AQTA-dan Yeni il hədiyyə qutuları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

586242

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar istehlakçılara müraciət edib.

AQTA-dan Bizim.Media-ya daxil olan müraciətdə bildirilir ki, uşaqlar üçün şirniyyatla dolu hədiyyə qutuları yalnız mağaza, yarmarka və digər rəsmi satış yerlərindən alınmalıdır.

Qeyd olunub ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil,
qablaşdırmanın tarixi olur.

Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə
olunur.


Müraciətdə bildirilir ki, məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir.

Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin