Təltif edilənlər arasında Tağı Əhmədovun xanımı da var

Hazırda oxunan: Təltif edilənlər arasında Tağı Əhmədovun xanımı da var

586239

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup əməkdaşı təltif edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident bu şəxsləri təltif etdi – SİYAHI


Bizim.Media xəbər verir ki, təltif edilənlərdən arasında universitetin dosenti Salatın Əhmədovanın da adı var. O, "Tərəqqi" medalına layiq görülüb.

Modern.az-ın məlumatına görə, Salatın Əhmədova Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun həyat yoldaşıdır. O, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktorudur. Salatın Əhmədova hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Qeyd edək ki, Tağı Əhmədov 2016-cı ildən 2024-cü ilin fevralına kimi Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub. O, 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib. Tağı Əhmədov 2024-cü ilin oktyabrında vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin