Ötən gün Gəncədə torpağa tapşırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 21 yaşlı Cəfərov Əli Vahab oğlunun atası incəsənət xadimidir.
MÖVZU İLƏ BAĞLI:
21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, beş ayın əsgəri olan Ə. Cəfərov Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərovun oğludur. Yaxınlarının sözlərinə görə, mərhum ali təhsilli olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "rejissorluq" fakultəsini bitirib.
Onu da bildirək ki, Əli Cəfərov evin tək oğlu olub.
Qeyd edək ki, pnevmaniya olan Əli Cəfərov dekabr ayının 15-də müalicə olunduğu hospitalda dünyasını dəyişib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu





























































































