Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu – VİDEO

Hazırda oxunan: Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu – VİDEO

586200

Salyanda ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “VAZ” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.

Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.

Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib. (Unikal.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin