Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

Hazırda oxunan: Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

586199

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edilib.

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, İlqar Şakir oğlu Bayramlı 28 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.

1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsilini tamamlayıb.

İlqar Bayramlı əmək fəaliyyətinə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. O, həmçinin “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.

Bundan sonra “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi çalışıb, daha sonra Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri, həmçinin İdarə Heyəti sədrinin birinci müavini olub.

2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində müdir müavini kimi fəaliyyət göstərib. 2024-cü ildən etibarən isə həmin şöbəyə rəhbərlik edirdi.

Ailəlidir, 3 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin