Bu ilin 11 ayı ərzində Bakı Limanı vasitəsilə 7 milyon 547 min ton yük aşırılıb. 2018-ci il Ələt qəsəbəsində liman kompleksinin istifadəyə verildiyi zaman bu rəqəm 3 milyon 787 min ton olub.
Bizim.Media xəbər verir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanı məlumat verilib.
Bildirilib ki, Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərin tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük yük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatına daha irihəcmli əlavə dəyər vəd edir.
Qeyd edilib ki, son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə möhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastruktur nəticəsində yük əməliyyatları sürətlənib və daha çox həcmdə yük qəbul edilir.
2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.


Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:15 / 18.12.2025
Bu il Orta Dəhliz üzrə qəbul edilən blok-qatarların SAYI AÇIQLANDI – FOTO/VİDEO
Hazırda oxunan: Bu il Orta Dəhliz üzrə qəbul edilən blok-qatarların SAYI AÇIQLANDI – FOTO/VİDEO
Hazırda oxunan: Bu il Orta Dəhliz üzrə qəbul edilən blok-qatarların SAYI AÇIQLANDI – FOTO/VİDEO
586193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































