Qarabağ separatçılarının son rəhbəri yenə dindirilir

Hazırda oxunan: Qarabağ separatçılarının son rəhbəri yenə dindirilir

586190

Qarabağ separatçılarının son rəhbəri Samvel Şahramanyan Ermənistanın İstintaq Komitəsində dindirilir.

Bizim.Media xəbər verir ki, erməni mətbuatına açıqlama verən vəkili Roman Yeritsyan bildirib ki, bu, növbəti dindirmədir və cinayət işi həm 2020-ci il 44 günlük müharibə, həm də 2023-cü il hadisələri ilə bağlıdır. (2023-cü il hadisələri Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatını əhatə edir; nəticədə separatçı hökumət özünü buraxmağa məcbur olmuşdu.)

Vəkil əlavə edib ki, 2025-ci ilin iyun və iyul aylarında Şahramanyan artıq 12 dəfə dindirilmişdi.

Qeyd edək ki, dekabrın əvvəlində Samvel Şahramanyan yenidən İstintaq Komitəsinə çağırılmışdı və mətbuatda bu dindirmənin ona Bagrat Qalstanyan tərəfindən hədiyyə edilmiş maşınla bağlı olduğu bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin