Barışmaq adı ilə aldatdığı keçmiş arvadını amansızlıqla qətlə yetirdi – Qusardakı cinayətin TƏFƏRRÜATI – ÖZƏL - FOTO

Hazırda oxunan: Barışmaq adı ilə aldatdığı keçmiş arvadını amansızlıqla qətlə yetirdi – Qusardakı cinayətin TƏFƏRRÜATI – ÖZƏL - FOTO

586179

Qusar rayonunun Hil kəndində baş verən ağır cinayət hadisəsinin təfərrüatı məlum olub.


MÖVZU İLƏ BAĞLI:

Qusarda kişi keçmiş arvadını öldürdü


Bizim.Media-nın əldə etdiyi məlumata görə, Asif Tayıbov keçmiş həyat yoldaşı Diana Tayıbovanı xüsusi amansızlıqla qətlə yetirib.

Belə ki, cütlük üç il əvvəl boşanıb. Onların üç övladı olub, uşaqlardan ikisi atanın, biri isə ananın himayəsində yaşayırmış.

Məlumata əsasən, Asif Tayıbov keçmiş arvadı ilə barışmaq məqsədilə onu aldadaraq yaşayış olmayan bir evə aparıb. O, həmin evi qadın üçün kirayə tutacağını bildirib. Daha sonra evdə Diana Tayıbovanın əl-qolunu bağlayaraq ona ağır xəsarətlər yetirib və qadını öldürüb.

Asif Tayıbov ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı araşdırma aparılır.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin