Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Hazırda oxunan: Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

586166

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Nadir Hüseynov sükan arxasında vəfat edib, sərnişini xəstəxanaya yerləşdirilib – TƏFƏRRÜAT


Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı avtobus dayanacağına çırpılıb. Nəticədə o, hadisə yerində həyatını itirib. Bu zaman həmçinin dayanacaqda olan qadın xəsarət alıb.

Bildirilir ki, qəzadan əvvəl Nadir Hüseynovun səhhətində ciddi problem yaranıb və o, ani olaraq nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin