Gəncədə qayçı ilə xəsarət alan şagirdin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 17.12.2025-ci il tarixində saat 14:10 radələrində 2016-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA
Sol gözün travması, dərin korneoskleral yaralanma, qişaların çölə çıxması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu




































































































