Naxçıvanda bir sıra qurumlar BİRLƏŞİB

Hazırda oxunan: Naxçıvanda bir sıra qurumlar BİRLƏŞİB

586099

Naxçıvanda bir sıra qurumlar birləşdirilməsinə qərar verilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
 

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.


“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin