Biləsuvarda avtomobil qaçıran şəxslər SAXLANILDI

Hazırda oxunan: Biləsuvarda avtomobil qaçıran şəxslər SAXLANILDI

586094

Axşam saatlarında Biləsuvar şəhəri ərazisində yol kənarında saxlanılan “VAZ 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Y. Abbaslı və İ. Məmiyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar.

Avtomobil tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin