Bakının mərkəzində köhnə eyvanlar TƏHLÜKƏ saçır – Məsul qurumlar hara baxır? – VİDEO

Hazırda oxunan: Bakının mərkəzində köhnə eyvanlar TƏHLÜKƏ saçır – Məsul qurumlar hara baxır? – VİDEO

586082

Bakıda onlarla istismar müddəti bitmiş köhnə binalar var ki, illərin yükünü təkcə divarları deyil, eyvanları da daşıyır. İlk baxışda bəlkə də əhəmiyyət verilməyən bu balkonlar əslində hər an faciəyə çevrilə biləcək təhlükə mənbəyidir.
 

Çatlar, qopmuş beton hissələr, paslanmış armatur, taxta parçaları – bütün bunlar küləklər şəhərinin şıltaqlığına hələ ki tab gətirir, amma günün birində mütləq xoşagəlməz hadisəyə səbəb olacaq ki, bu da indiyədək heç də az təsadüf olunmayıb.


Paytaxtın mərkəzində - Süleyman Rəhimov küçəsində yerləşən köhnə binadakı balkonların vəziyyəti göz önündədir. Amma bu acınacaqlı hal məsul qurumların diqqətindən kənarda qalır. Ən azından ucuq-qopuğu görünüş xatirinə də olsa düzəldə bilərdilər...

Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:



Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin