Sabirabadda qadınların ƏR DAVASI: Biri nazirliyin katibəsidir

Hazırda oxunan: Sabirabadda qadınların ƏR DAVASI: Biri nazirliyin katibəsidir

586063

Sabirabadda qadın sevgilisinin arvadına hücum edib.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin adı çəkilməyən şöbəsində katibə-makinaçı işləyən 44 yaşlı Şahnigar Qasımova münasibətdə olduğu kişinin rəsmi nikahlı arvadının iş yerinə gedib.
 

Burada onlar arasında mübahisə yaranıb və o, qadını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkənin şikayəti əsasında Şahnigar polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.


Zərərçəkən qadın bildirib ki, Şahnigar onun ailəsini dağıtmaqla məşğuldur:

“Şahnigar həmin gün iş yerimə hücum edərək, məni nalayiq ifadələrlə təhqir etdi. Onun həbs olunmasını istəyirəm”.

Şahnigar isə bildirib ki, 7-8 ildir Elçinlə ər-arvad kimi yaşayırlar və kəbinləri də var:

“Elçin zərərçəkənin mənə qarşı işlətdiyi ifadələri mənə bildirdi. Getdim qadının iş yerinə, əvvəl o, məni təhqir etdi. Lakin bununla bağlı faktım yoxdur. Mən də cavab olaraq, onu söydüm. Ərimdən ayrılmışam, himayəmdə 2 azyaşlı övladım var. Rəsmi yerdə işləyirəm”.
 

Şahnigar Qasımova əməlindən peşman olduğunu deyərək, məhkəmədən barəsində cərimə növündə cəza verilməsini xahiş edib.


Sabirabad rayon Məhkəməsinin qərarı ilə Şahnigar Qasımova barəsində 100 manat miqdarında inzibati cərimə cəzası təyin edilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin