Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

Hazırda oxunan: Yolda düşürdüyü sərnişini geri qayıdanda vurub öldürdü

586062

Bu ilin iyununda Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınan piyada 1985-ci il təvəllüdlü Elmir Ağamalıyevin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Nicat Məmmədov (adı və soyadı şərtidir) dörd il müddətinə azadlıqdan məhrum edilib.
 

Məlum olub ki, həmin gecə Elmir taksi tapa bilmədiyi üçün həmkəndlisi Nicatdan onu kənddən aparıb Bakı-Qazax avtomobil yoluna düşürməyini xahiş edib. Nicat isə sənədlərinin qaydasında olmadığını bildirərək onu apara bilməyəcəyini deyib. Bundan sonra Elmir yola çıxıb başqa avtomobillərə işarə versə də, saxlayan olmayıb. Nəticədə Elmir yenidən Nicatdan gəlib onu aparmasını xahiş edib.


Nicat Elmirin xahişini bu dəfə yerinə yetirərək onu avtomobillə aparıb Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində düşürüb. Bundan sonra Nicat Məmmədov yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə gedib.

O, yanacaqdoldurma məntəqəsindən çıxıb yaşadığı Rəncbər kəndinə istiqamət alanda isə ehtiyatsızlıqdan bir az öncə sərnişini olan, yol kənarında dayanan Elmiri vurub.

Nicat hadisəyə səbəb kimi qarşıdan gələn maşının işıqlarının onun gözünə düşməsini göstərib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan Elmir Ağamalıyevin həyatını xilas etmək mümkün olmayıb. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin