Bu bağçada uşaqlara keyfiyyətsiz ət verilir? – VİDEO

Hazırda oxunan: Bu bağçada uşaqlara keyfiyyətsiz ət verilir? – VİDEO

586058

32 saylı uşaq bağçasında istifadə olunan ət məhsullarında xoşagəlməz qoxu müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Ajans.az paylaşıb.

Bağçada çalışan aşpazlar iddia ediblər ki, paltarlarını ayaqyolunda dəyişməyə məcbur olunurlar. Bu da ciddi gigiyena qaydasının pozulmasıdır.
 

Onların sözlərinə görə, ət və ət məhsullarını müqavilə əsasında bağçaya gətirən “Depot” MMC-yə məsələ ilə bağlı səsli mesajlar və videogörüntülər göndərilib, tədbir görülməsi xahiş edilib. Eyni zamanda bağça rəhbərliyi məlumatlandırılsa da, iddialara əsasən, hər hansı tədbir görülməyib.


Valideynlər bağçada təqdim olunan ətin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bildiriblər. Məlumata görə, AQTA nümayəndələri bir həftə əvvəl bağçada yoxlama aparıb və ət məhsullarından nümunələr götürülərək laborator analizə göndərilib.

Valideynlər uşaqların sağlamlığına potensial təhlükə yarada biləcək bu məsələ ilə bağlı indiyədək heç bir tədbirin görülməməsindən narahat olduqlarını vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq 32 saylı bağçada yoxlama keçirildiyi bildirilib:

“Daxil olan müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 22 ünvanında yerləşən 32 saylı bağçada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
 

Baxış zamanı bağçada istifadə olunan ət məhsullarının həftəlik olaraq “Qubadoğlu” MMC-yə məxsus kəsimxanadan baytarlıq ekspertizasından keçirilərək müvafiq sənədlər əsasında gətirildiyi, qida məhsullarının “El-Oba” MMC tərəfindən təmin olunduğu, ümumi nəzarətin isə “Depot” MMC tərəfindən həyata keçirildiyi məlum olub.


Eyni zamanda qida blokuna baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib. Nəzarət tədbirləri davam edir”.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin