Nadir Hüseynov sükan arxasında vəfat edib, sərnişini xəstəxanaya yerləşdirilib – TƏFƏRRÜAT

Hazırda oxunan: Nadir Hüseynov sükan arxasında vəfat edib, sərnişini xəstəxanaya yerləşdirilib – TƏFƏRRÜAT

586041

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynovun ölümünün təfərrüatı məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Nadir Hüseynov vəfat etdi


Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a aktyor Nofəl Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

TƏBİB-dən bildirilib ki, bu gün saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb:

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar artist Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.
 

Qeyd edək ki, N. Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.


Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin