Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"

Hazırda oxunan: Həyat yoldaşını qətlə yetirən şəxs: "Mələklər arvadımın məni aldatdığını dedilər"

586039

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən əlavə ifadə üçün söz istəyib.

"Mən dəli deyiləm. Amma mələklər mənə bütün maskaların düşəcəyini, seçilmiş insan olduğumu deyirdilər. Mələklər mənə bu qadının məni aldatdığını, başıma oyun açacağını deyirdilər. Onu mətbəx bıçağı ilə öldürdüm.Döş qəfəsi və qarın boşluğundan vurmuşdum.

Axırıncı zərbəni boğazından vurdum. Əslində onun başını kəsmək istəyirdim, amma barmaqlarını qabağa verib imkan verməyəndə barmaqları kəsildi".

Daha sonra təqsirləndirilən şəxs məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə tərkibi məhkəmə istintaqının yekunlaşdığını elan edib. Çıxışlar üçün növbəti proses 7 yanvara təyin edilib.
 

Xatırladaq ki, 2025-ci ilin aprelin 7-i, saat 19:00-da Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.


Suraxanı Rayon Prokurorluğu tərəfindən Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin