Axtarışa verilən Abbas Abbasov bu ölkəni TƏRK ETDİ

Hazırda oxunan: Axtarışa verilən Abbas Abbasov bu ölkəni TƏRK ETDİ

586006

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.
 

MÖVZU İLƏ BAĞLI:

 SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ


Bizim.Media “Gununsesi.info”ya istinadla xəbər verir ki, Abbas Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış.

Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub.
 

Mənbəmiz bildirib ki, Abbas Abbasov cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.


Məsələ ilə bağlı Abbas Abbasovun oğlu sabiq deputat Aydın Abbasov atası ilə bağlı məsələni şərh etməkdən imtina edib. Belə ki, o, telefon zənglərini və mesajları cavabsız buraxıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
 

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.


Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb.

Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin