Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) vətəndaşlar tərəfindən yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışların və keçidlərin süni maneələrlə bağlanmasına qarşı qanunamüvafiq tədbirlər davam etdirir.
Bizim.Media xəbər verir ki, növbəti qanunamüvafiq tədbir Bakı şəhəri Nizami rayonu ərazisində həyata keçirilir.
Qeyd edək ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 04.02.2022
Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulan süni maneələr sökülür – FOTO
Hazırda oxunan: Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulan süni maneələr sökülür – FOTO
Hazırda oxunan: Bakıda binaların həyətlərinin giriş-çıxışlarına qoyulan süni maneələr sökülür – FOTO
58599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.