“Eurovision 2026” yarışmasının səhnəsi belə olacaq – VİDEO

Hazırda oxunan: “Eurovision 2026” yarışmasının səhnəsi belə olacaq – VİDEO

585885

“Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları 2026-cı ildə Vyanada çıxış edəcək 35 ölkə nümayəndəsinin səhnəsini əks etdirən yeni dizaynı təqdim ediblər.

Bizim.Media xəbər verir ki, səhnənin videosu “Eurovision Song Contest”in rəsmi YouTube kanalında yayımlanıb.

Dizayna Avstriyanın televiziya şirkəti ORF cavabdehlik daşıyacaq.

Səhnənin mərkəzində böyük LED konstruksiya – əyilmiş yarpaq formasında, üstə doğru spiral xətlərlə tamamlanmış formada olacaq.

Dizaynerlərin ideyasına görə, yarpaqlar Avropanın musiqisində yeni başlanğıc və birliyi, əyilmiş xətlər inkişaf və əlaqəni, geometrik ornamentlər isə incəsənət və funksionallığı simvollaşdırır. Səhnə dizaynı artıq sosial şəbəkələrdə böyük maraqla qarşılanıb: istifadəçilər onu “ikonik” adlandırır və inanırlar ki, Vyanadakı müsabiqə “Eurovision” tarixinin ən görkəmli tədbirlərindən biri olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin