Elektron siqaretlər hansı ölkələrdə qadağandır? – SİYAHI

Hazırda oxunan: Elektron siqaretlər hansı ölkələrdə qadağandır? – SİYAHI

585884

Dünyada elektron siqaretlərin (veyplərin) istifadəsi və satışı ilə bağlı qadağalar getdikcə genişlənir. Azərbaycan da bu məhsulların qadağan olunduğu ölkələr siyahısına daxil ola bilər.

Bizim.Media xəbər verir ki, bir sıra ölkələrdə elektron siqaretlər tam qadağan edilib – onların istehsalı, idxalı, satışı və istifadəsi qanunsuz sayılır.

Bu ölkələrə Hindistan, Tayland, Sinqapur, Braziliya, Argentina, Meksika, Kamboca, Nepal, Qətər, İordaniya və Livan daxildir.
 

Eyni zamanda, bəzi dövlətlər qismən qadağalar və ya məhdudiyyətlər tətbiq ediblər. Məsələn, Türkiyədə elektron siqaretlərin satışı rəsmi olaraq qadağandır. Avstraliyada belə məhsulları yalnız həkim resepti ilə almaq mümkündür, Yaponiyada isə nikotin tərkibli elektron siqaretlərin satışı qadağan edilib. Norveç, Finlandiya və Macarıstanda elektron siqaretlərin satışı, reklamı və istifadəsi ciddi nəzarət altındadır.


Digər ölkələrdə elektron siqaretlər tam qadağan edilməsə də, onların dövriyyəsi sərt qaydalarla tənzimlənir. Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-da yaş məhdudiyyətləri, reklam qadağaları və məhsul tərkibinə nəzarət mexanizmləri mövcuddur. ABŞ-da isə qaydalar ştatdan ştata fərqlənir.

Ekspertlər bildirirlər ki, elektron siqaretlərin ənənəvi siqaretlərə nisbətən “daha az zərərli” olduğu barədə iddialar tam sübut olunmayıb. Bu qeyri-müəyyənlik və ictimai sağlamlıq üçün potensial risklər səbəbindən bir çox ölkələr sərt qadağalar və məhdudiyyətlər tətbiq etməyi üstün tuturlar.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin