Xərçəngin dərmanı bu heyvanda TAPILDI

Hazırda oxunan: Xərçəngin dərmanı bu heyvanda TAPILDI

585877

Yaponiya (Japan Advanced Institute of Science and Technology - JAIST) alimləri qurbağaların bağırsağından alınan bakteriyanın şiş hüceyrələrini tamamilə məhv etdiyini aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu da xərçəngin yeni müalicə üsuluna işıq sala bilər.
Nəticələr "Gut Microbes" jurnalında dərc olunub.

Tədqiqatda vəhşi amfibiyaların və sürünənlərin bağırsağından 45 bakteriya ştammı ayrılıb və onlardan 9‑u güclü antitumor təsir göstərib.

Ən effektli nəticə yapon ağac qurbağalarından izolyasiya edilən Ewingella americana bakteriyası ilə müşahidə olunub.

Laboratoriya testlərində kolorektal xərçəngli siçanlara bu bakteriyanın bir dəfə damar daxilinə yeridilməsi nəticəsində şiş tamamilə yox olub. Bu üsul standart kimyaterapiya və immunoterapiyadan daha yüksək effektivlik göstərərək həm xərçəng hüceyrələrini birbaşa məhv edib, həm də immun sistemini gücləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin