TÜRKSOY-un baş katibinə "Turan bilgəsi" nominasiyası təqdim edildi

Hazırda oxunan: TÜRKSOY-un baş katibinə "Turan bilgəsi" nominasiyası təqdim edildi

585868

“Medai25” xəbər verir ki, dekabrın 16-da Turan Balabilgə Akademiyasının prezidenti Şəmil Sadiq və vitse-prezidenti Mirkan Aydın TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında qurumun baş katibi Sultan Raevlə görüşüblər.

Bizim.Media-nın məlumatına görə, qonaqlar Sultan Raevə Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatı - “Turan bilgəsi” nominasiyası və “Turan Balabilgə Akademiyası"nın fəxri üzv diplomu təqdim edilib.

Baş katib göstərilən diqqət və hörmətə görə təşəkkür edib, akademiyanın ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi bir daha xatırlanıb, ictimai təşkilatların, elm-təhsil, mədəniyyət ocaqlarının ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak etdiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, “Turan Balabilgə Akademiyası” bu il dekabrın 5-də Bakıda təsis olunub. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər. Təsis iclasına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələr qatılıblar. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Hədəf Liseyi təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin