Biləcəridə bünövrəsi çökən ev SÖKÜLÜR – VİDEO

Hazırda oxunan: Biləcəridə bünövrəsi çökən ev SÖKÜLÜR – VİDEO

585864

Xəbər verdiyimiz kimi Bakı şəhəri, Biləcəri qəsəbəsi, Tomris küçəsində yerləşən fərdi yaşayış evinin bünövrəsi çöküb. Magistral kanalizasiya kollektorunun üzərində tikilən ev kollektorun deformasiyası səbəbindən qurunt sularının torpağa axması və aşınması ilə çöküb.

Bizim.Media xəbər verir ki, bu barədə ev sahibi Elsevər Abbas sosial şəbəkədə məlumat verib.
Çökən evin sahibi Elsevər Abbas bildirir ki, bu ev iddia olunduğu kimi sonralar icazəsiz satılan torpaqlardan deyil. Ev 1989-cu ildə tikilib və hissə-hissə artırılıb.

Onun sözlərinə görə kanalizasiya xətti 3 metr dərinlikdə imiş. Yəni deformasiya olmasaydı, çökmə də olmayacaqdı. Üstəlik yaxınlıqda yerləşən digər tikililərə də ziyan dəyib.

Qeyd edək ki, ev artıq yaşayış üçün əlverişli olmadığından hazırda aidiyyəti qurumun əməkdaşları söküntü işləri aparırlar.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin