Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətalma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb.
Bizim.Media xəbər verir ki, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən boş torpaq sahələri müsadirə edilib.
Həmin əmlakların orta bazar dəyəri 164 min manat qiymətləndirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə Rüfət Hacıyevin özünün, valideynlərinin və həyat yoldaşı ilə qızının adına rəsmiləşdirilən daha çox əmlak isə həbsdən azad edilib:
- Abşeron rayonu, Xırdalan şəhərində mənzil;
- "Jeep" markalı (bu maşını cinayət işi başlanandan sonra satmaq istəmişdi - red.) avtomobil;
- Quba şəhəri, Heydər Əliyev prospektində və daha 3 ünvanda yerləşən mənzillər;
- Qubanın Təngəaltı, II Nügədi kəndlərində və şəhər ərazisində yerləşən torpaq sahələri.
Qeyd edək ki, Rüfət Hacıyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən razı qalmayıb. Hazırda onun apellyasiya şikayətinə baxılır. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:02 / 16.12.2025
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı
Hazırda oxunan: Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı
Hazırda oxunan: Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı
585862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































