“Biz gənclərin maarifləndirilməsinə çox yüksək səviyyədə fikir verməliyik. Cəmiyyətin stressdən qurtulması haqqında düşünməliyik. Cəmiyyətdə çox böyük stress var. Hərdən bekarçılıqdan, bir çox zamanda problemlərin olduğundan bəzi insanlar içkiyə, bəziləri narkotikə, bəziləri nikotinə, tütün məhsullarına meyilli olurlar.
Bizim.Media xəbər verir ki, bunu deputat Novruzəli Aslanov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
“Biz o problemləri aradan qaldırmalıyıq, biz o məsələləri həll etməliyik. Cənab prezident həmişə çıxışlarında qeyd edir ki, gənclərimizi idmana cəlb etmək lazımdır. Bir çox olimpiya komplekslərinin tikilməsinin məqsədi ondan ibarətdir ki, gənclərimizi pis vərdişlərdən azad olsunlar. Valideyn tərbiyəsi çox vacibdir”, - deyə deputat vurğulayıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:52 / 16.12.2025
Novruzəli Aslanov: “Bəzən bekarçılıqdan insanlar narkotikə meyil edirlər”
Hazırda oxunan: Novruzəli Aslanov: “Bəzən bekarçılıqdan insanlar narkotikə meyil edirlər”
Hazırda oxunan: Novruzəli Aslanov: “Bəzən bekarçılıqdan insanlar narkotikə meyil edirlər”
585859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































