Model yarışmalarında estetikli QALİBLƏR - Təbii gözəllik kölgədə qalır?

Hazırda oxunan: Model yarışmalarında estetikli QALİBLƏR - Təbii gözəllik kölgədə qalır?

585852

Bu günlərdə Bakıda keçirilmiş Best Model of Azerbaijan yarışması yenə narazılıqlara səbəb oldu. Artıq bir neçə dəfə bu yarışmada baş tutmuş seçimlər izləyicilərin tənqidinə məruz qalır.

Yarışmanın builki qalibi olan Günel Dəmirovanın çoxsaylı estetik əməliyyatlı olmasını əsas gətirərək ədalətsiz qərar verildiyini deyirlər. İnsanlar hesab edirlər ki, estetik müdaxilələr nəticəsində gözəlləşdirilmiş üz və bədən quruluşu təbii gözəlliklə eyni şərtlərdə qiymətləndirilə bilməz. Best Model yarışmasının təşkilatçıları bu iradları qəbul etmir və yarışmanın gözəllik deyil, model yarışması olduğunu deyirlər.

Lakin son illər keçirilən təkcə model yarışmalarında deyil, elə gözəllik yarışmalarında da qalib adının tez-tez estetik əməliyyat keçirmiş iştirakçılara verilməsi cəmiyyətdə narazılıq doğurur. Sosial şəbəkələrdə səslənən tənqidlər gözəllik anlayışının dəyişdirilməsinə etiraz edirlər.  

Mövzu ilə bağlı modelyer-dizayner Fəxriyyə Xələfovanın fikirlərini öyrəndik. Tanınmış modelyer Bizim.Media-ya açıqlamasında bunu normal qarşıladığını deyib:

“Artıq dünyanın hər yerində estetik əməliyyatlar adi hala, günümüzdə normaya çevrilib. Bunu qəbul etmək lazımdır. İndi demək olar ki, estetik etdirməyən qadın, xüsusən də gənclər arasında çətin tapılar. Təbii gözəllər var əlbəttə, amma yarışmanın öz şərtləri və tələbləri olur ki, böyük ehtimalla qalib tam uyğun gəldiyi üçün onu seçiblər”.

F.Xələfova artıq dünya praktikasında da buna normal baxıldığını deyir:

“Əvvəllər, bəli, dünya yarışmalarında plastik əməliyyat etdirmiş qızları kənarlaşdırırdılar. Amma indi qaydalar dəyişib. Çünki dünyanın hər yerində gözəllik müdaxilələri edilir və iştirakçılar arasında da əməliyyatlı xanımlara çox rast gəlinir”.

Qeyd edək ki, son illərdə beynəlxalq yarışmalarda yanaşma xeyli liberallaşıb: Miss Universe, Miss World kimi yarışmalarda burun əməliyyatı, dodaq dolğusu, sinə implantı qadağan deyil, ümumi görünüş professional model standartlarına uyğun olsun.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin