Dekabrın 16-da Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə keçmiş məcburi köçkünlərin növbəti köçü olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bu mərhələdə ümumilikdə 85 nəfərdən ibarət 20 ailə doğma yurduna dönüb. Ailələrdən 10-u, yəni 41 nəfəri Seyidbəyli kəndində, digər 10 ailə, 44 nəfər isə Təzəbinə kəndində yeni bərpa edilən yaşayış evləri ilə təmin olunub.
Mənzillərin açarlarının təqdimatında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərdə yaşayışın bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Onun sözlərinə görə, hər iki kənddə müasir infrastruktur yaradılıb, sakinlərin sosial rifahının yüksəldilməsi və məşğulluğunun təmin olunması üçün zəruri şərait formalaşdırılıb.
Qeyd olunub ki, Seyidbəyli və Təzəbinə kəndlərində bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir, yaşayış evləri ilə yanaşı, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yol infrastrukturu istifadəyə verilib.







Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:46 / 16.12.2025
Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO
Hazırda oxunan: Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO
Hazırda oxunan: Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO
585841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































