Bakıda müştərinin “İphone-17”si OĞURLANDI

Hazırda oxunan: Bakıda müştərinin “İphone-17”si OĞURLANDI

585834

Bakıda müştərinin “İphone-17”ni oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, paytaxtın Səbail rayonunda bir nəfərə məxsus skuter, digər vətəndaşın isə 3800 manat dəyərində “İphone-17” markalı mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Acalov və T.Kərimli müəyyən edilərək saxlanılıblar.

Nəsimi rayonunda isə evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Vahabov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun başqa bir nəfərə məxsus avtomobildən akkumulyator və təmir alətləri talaması da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin