Komitə sədri: “Heç bir ata bu hüquqdan istifadə etmir”

Hazırda oxunan: Komitə sədri: “Heç bir ata bu hüquqdan istifadə etmir”

585820

“Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilir. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır. Ata yalnız ailənin, uşağın maddi ehtiyaclarını deyil, həm də mənəvi, psixoloji, sosial - mədəni ehtiyaclarını qarşılamalıdır. 

Təcrübə göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.   

“Analığın müdafiəsinin gücləndirilməsi, hamilə qadınların analıq məzuniyyətinin yenidən hesablanması ilə bağlı əlavə və dəyişikliklər də müsbət bir haldır. Ailə məsuliyyətinin, ailə vəzifələrinin ədalətli bölüşdürülməsi — həm qadınların, həm də kişilərin potensialını tam istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir”, - deyə komitə sədri bildirib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin