Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti də humanist addım ataraq Milli Məclisə müzakirə üçün Amnistiya aktı layihəsini göndərib. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, amnistiya aktı ilk növbədə dövlətin gücünü göstərir:
“Güclü dövlətlər bağışlamağı bacarırlar.
Bu Amnistiya aktı ilə Prezident İlham Əliyev sübut etdi ki, dövlət gücünü cəzada yox, mərhəmətdə görür. Eyni zamanda cəmiyyətə də bir mesaj verilir ki, dövlət cinayət etmiş şəxslərə yenidən normal həyata qayıda bilmələri üçün ikinci şans verir. Dövlət və xalqın xeyri naminə çalışsınlar.
Amnistiya aktı 20 mindən artıq məhkumu əhadə edəcək. Bu da o deməkdir ki, onminlərlə insan bu aktın sevincini dadacaq. Maraqlıdır ki, bu dəfəki Amnistiya aktı 16 kateqoriya məhkumlara şamil ediləcək. Bunlar arasında 44 günlük müharibənin, antiterror əməliyyatlarının iştirakçıları, hətta onların yaxın qohumları da var. Əminəm ki, möhtərəm Prezidentin bu təşəbbüsü cəmiyyətimiz tərəfindən sevinclə qarşılanacaq. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə bu ən gözəl bayram hədiyyəsi olacaq”.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Amnistiya aktı bir çox tanınmış simalara - sabiq məmurlar, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Ol, meyxanaçı Rəşad Dağlı, “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirliyə də şamil oluna bilər.
Bəs bu Amnistiya aktından yararlananlar siyahısında hansı məşhurları görə bilərik?
Müsahibimiz bildirdi ki, xüsusilə ağır cinayət törətmiş və vətənə xəyanət etmiş şəxslərə amnistiya şamil edilməyəcək:
“Amma digər maddələrlə məhkum olunmuş şəxslər bu amnistiya aktından yararlana biləcəklər. Bu məsələ ilə bağlı konkret ad çəkmək çətindir”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:10 / 16.12.2025
Amnistiyanın Əjdər Ol və Rəşad Dağlıya da şamil olunacağı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Amnistiyanın Əjdər Ol və Rəşad Dağlıya da şamil olunacağı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Amnistiyanın Əjdər Ol və Rəşad Dağlıya da şamil olunacağı ilə bağlı AÇIQLAMA
585819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































