Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bizim.Media xəbər verir ki, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 10 ailə (44 nəfər), Seyidbəyli kəndinə də 10 ailə (41 nəfər) Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.






Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:16 / 16.12.2025
Təzəbinə və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ - FOTO
Hazırda oxunan: Təzəbinə və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ - FOTO
Hazırda oxunan: Təzəbinə və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ - FOTO
585817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































