Müharibə veteranları ilə bağlı TƏKLİF – Bu rüsumdan azad edilə bilərlər

Hazırda oxunan: Müharibə veteranları ilə bağlı TƏKLİF – Bu rüsumdan azad edilə bilərlər

585814

“Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumunun ödənilməsindən azad olunanların kateqoriyasına təltifi olan müharibə veteranlarının da daxil edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Bu addım vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, habelə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ hüquqi aktların məqsədlərinə uyğundur”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib

Deputat, həmçinin layihənin icrasının daha effektiv təşkili məqsədilə dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılmasını təklif edib:

“Bu məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olardı. Bu addım, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizmlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ və şəffaf icrasının təmin edilməsinə xidmət edər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin