Dövlət qulluqçusu vəfat etdiyi halda vərəsələrinə müavinət ödəniləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:45 / 16.12.2025
Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK
Hazırda oxunan: Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK
Hazırda oxunan: Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK
585813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































